İnformasiya təhlükəsizliyi anlayışı.Ziyanverici proqramlar.Kompüter virusları.


kompüterin etibarlı işləməsi təmin olunmalıdır, verilənlərin təsadüfi itirilməsi, təhlükəsizlik haqqında xəbərdarlıq edilməli ,verilənləri icazəsi olmayan şəxslər tərəfindən istifadədən qorumaq lazımdır.Bunun üçün paroldan istifadı olunur.Parol istifadəçinin istəyinə uyğun simvollar yığımıdır.Digər mühafizə üsullarından biri biometrik informasiyadır.Ona misal olaraq bunları göstərmək olar:
1. Barmaq izlərinə görə şəxsin tanınması
2. Gözün qişasına görə şəxsin tanınması
3. Nitqin özəlliklərinə görə şəxsin tanınması
4. Üzün təsvirinə görə şəxsin tanınması
5. Ovucun cizgilərinə görə şəxsin tanınması
Kompüter üçün əsas təhlükələrdən biri ziyanverici proqramlardır.Bu proqramların ən geniş yayılmış növü viruslardır.Virus- proqramın, sənədin içərisinə və yaxud verilənlər daşıyıcısının müəyyən sahələrinə daxil olan parazit proqram kodudur.Bu kod öz-özünə çoxalır və ziyanlı işlər görür.Kompüter virusunun əlamətləri bunlardır:
1. Ekrana nəzərdə tutulmamış görüntülərin çıxması
2. Fayl və qovluqların öz-özünə itməsi
3. Kompüterin sıradan çıxması və ilişməsi
4. CDROM-un öz-özünə açılıb-bağlanması və s.
Kompüteri viruslardan qorumaq üçün antivirus proqramlarından istifadə olunur.Antivirus proqramları bu siniflərə bölünür:
1. Detektorlar
2. Doktorlar
3. Müfəttişlər
4. Doktor- müfəttişlər
5. Süzgəclər
6. Vaksinlər və ya imunizatorlar
Antivirus proqramlarına Kasperskini, NOD32, Aviranı, DrVebi misal göstərmək olar.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: