Internetdə ünsiyyət.Şəbəkə etikası, elektron təhsil.

  

1.     Kommunikasiya xidmətləri

2.     İnformasiya xidmətləri

     Bunlardan ən geniş yayılanı kommunikasiya xidmətləridir.Bura elektron poçt,telekonfrans,onlayn ünsiyyət (online), internet-telefoniya və s.daxildir. Elektron poçt ən geniş yayılmış şəbəkə xidmətidir.Adi poçtdan üstünlüyü onun operativliyində və rabitənin yüksək keyfiyyətindədir.Çatdırma xidməti, gecə-gündüz iş rejimi, göndərişlərin eyni zamanda çox saylı ünvanlara  yollana bilməsi və s. keyfiyyətləri ilə fərqlənir. Elektron poçt vasitəsilə böyük həcmli mətn sənədlərini, faylları, şəkilləri, videoları göndərmək mümkündür.Telekonfransda poçtun bir növüdür.Bu şəbəkə istifadəçiləri arasında müəyyən mövzu üzrə mütəşəkkil informasiya mübadiləsidir. Telekonfransda mühüm rolu aparıcı oynayır.

     Online ünsiyyətdə hər hansı problemi operativ olaraq dialoq prosesində müzakirə etmək zərurəti yaranır.Online  “ xətdə” deməkdir.Real zaman rejimində ünsiyyətdə onlinedən istifadə olunur.Onlinenin digər bir sahəsi də çat otaqları gedir.Gənclər arasında digər bir ünsiyyət növü də internet peycerlərdir.Ən məşhur internet peycer sistemi İCQ proqramıdır.Elektron poçtdan fərqi məlumatların ani ötürülməsidir. İnternet peycerin hər bir abonentinin fərdi nömrəsi olur. İnternet-telefoniya internetdə danışıq və səs siqnallarını ötürmək üçündür.Adi telefondan fərqi beynəlxalq danışıqların səviyyəsinin aşağı olmasıdır.

     İnternetdə ünsiyyət zamanı şəbəkə etikasına böyük yer ayrılır.Hər bir ünsiyyət vasitəsinin öz etik qaydaları var.Məsələn, gənclər arasında geniş yayılmış çat xidməti ən demokratik şəbəkə ünsiyyəti olsa da, öz qaydaları var.Elektron poçt vasitəsilə yazışma məktublaşanlar arasında münasibətdən asılı olaraq işgüzar və ya şəxsi ola bilər. Telekonfrans ünsiyyəti üçün elə qaydalar var ki, onlar həm dostcasına söhbətlər, həm də işgüzar ünsiyyət üçün məqbuldur. Telekonfransiya texnologiyaları və internet şəbəkəsinin resursları yeni tədris tipini , uzaqdan təhsili (distant təhsil) meydana çıxarır.Bu təhsilin tarixi əslində qədimdəndir.İlk dəfə radiolar yarananda radiolarda radiokurslar yayınlanmağa başladı.İlk dəfə Çində orta təhsil vermək üçün radio və tele-dan istifadə olunmuşdur.Dünyanın sürətli inkişaf edib dəyişməsi biliklərin ucuz və çevik ötürülməsinə problem yaradır.Bu problemi aradan qaldırmaq üçün elektron öyrənmədən istifadə olunur.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: