Metodiki is 2011-2012 (Windows emeliyyat sistemi)

AZƏRBAYCAN RESPUBLIKASI TƏHSİL NAZİRLİYİ

BAKI SƏNAYE-PEDAQOJİ KOLLECİ

  

“Informatika,kompüter texnologiyası və EHM ” fənn birləşməsi komissiyası

  

Metodiki iş 

 

Fənn:                   Əməyin mühafizəsi və təhlükəsizliyi

Mövzu:                Windows əməliyyat sistemi

Müəllim:              Abdullayeva Elnarə

F.B. K.S.                Rüstəmova.G.A

 

 

BAKI-2011

 

Dərsin gedişinə dair metodiki işləmənin

PLANI

 

  1. Müqəddimə.
  2. Dərsin mövzusunun qısa xarakteristikası.
  3. Müəllimin dərsə hazırlaşması və dərs planı.
  4. Dərsin təşkili.
  5. Keçmiş mövzu üzrə tələbələrə suallar.
  6. Yeni mövzunun izahı.
  7. Yeni  mövzunun möhkəmləndirilməsi.
  8. Evə verilən tapşırıq.

 

MÜQƏDDİMƏ

 

Bildiyimiz kimi kompüter əməliyyat sistemi olmadan işə düşə bilməz.Yarandığı vaxtdan bu günə qədər bir cox əməliyyat sistemləri meydana gəlmişdir.Misal olaraq MS DOS,Windows,Unix,Linux,Mac Os və.s əməliyyat sistemlərini göstərmək olar.İlk zamanlarda  MS DOS əməliyyat sistemindən istifadə edilmişdir.Zamanin tələbinə uyğun olaraq MS DOS öz yerini Windows əməliyyat sisteminə vermişdir.Biz hal-hazirda bu əməliyyat sisteminin xüsusiyyətləri,növləri,üstünlükləri haqqında danışacağıq.

 

Dərsin məqsədinin  qısa xarakteristikası

 

Əməyin mühafizəsi və təhlükəsizliyi fənni tək Windows əməliyyat sistemi haqqında deyil,həmçinin kompüterin daxilində baş verən proseslər haqqında,kompüterin yerinin təyin edilməsi,quraşdırılması,təhlükəsizliyi və.s haqqında məlumat verir. Bildiyimiz kimi kompüter əməliyyat sistemi olmadan işə düşə bilməz.Yarandığı vaxtdan bu günə qədər bir cox əməliyyat sistemləri meydana gəlmişdir.Misal olaraq MS DOS,Windows,Unix,Linux,Mac Os və.s əməliyyat sistemlərini göstərmək olar.İlk zamanlarda  MS DOS əməliyyat sistemindən istifadə edilmişdir.Zamanin tələbinə uyğun olaraq MS DOS öz yerini Windows əməliyyat sisteminə vermişdir.Biz hal-hazirda bu əməliyyat sisteminin xüsusiyyətləri,növləri,üstünlükləri haqqında danışacağıq.

 

MÜƏLLİMİN DƏRSƏ HAZIRLAŞMASI

 

         Bildiyimiz kimi əməliyyat sistemi kompüterin mühüm bir hissəsini təşkil edir.Bu gün biz əməliyyat sisteminin digər bir növü olan Windows əməliyyat sistemi haqqında danışacağıq.

Dərsin elmi – nəzəri, metodik və pedaqoji səviyyəsinin yüksəldilməsi onun təlim – tərbiyə imkanlarından səmərəli istifadə edilməsi müəllimin öz fənnini necə bilməsindən asılıdır. Müəllimin dərsə hazırlığı mərhələlərlə getməlidir. Hər bir müəllim daima yeni materialları izləməli,ilboyu proqrama daxil olmuş mövzuları nəzərdən keçirməlidir.

DƏRSİN TƏŞKİLİ

         Dərsin təşkili zamanı əyani vəsaitlər hazırlamalı, tələbələrdə dərsə maraq oyatmalıyam. Tələbələrdə axtarıcılıq, tapmaq, anlamaq, ümumiləşdirmələr etmək üçün düşünməyi, təfəkkür fəaliyyətinə geniş meydan verməyi tələb edir. Dərsin problemli təşkili tələbənin zehni fəaliyyətini gücləndirir, onlarda axtarış tələbatı və müstəqil işləmək meyli və bacarıqlarının yaradılmasını təmin edir. Kompyuterlərdən, displeylərdən istifadə təlimin həyatla əlaqəsinin daha da möhkəmləndirilməsi tələbənin fasiləsiz təhsilinə üstünlüyün verilməsi, elm və texnikanın nəaliyyətlərindən istifadə olunması və s. dərsin təşkilinin mühüm amillərdəndir.

Bunların sayəsində tələbələrin hərtərəfli fəallığı təmin edilir. Onların təfəkkürü, idrak qabiliyyətləri inkişaf etdirilir.

KEÇMİŞ MÖVZU ÜZRƏ TƏLƏBƏLƏRƏ SUALLAR

 

 1.Proqram təminatı nədir?

2.Proqram təminatı neçə hissədən ibarətdir?

3.Əməliyyat sistemi nədir?

4.Əməliyyat sistemi hansı proqram təminatına daxildir,

5.İlk əməliyyat sistemi hansi olmuşdur?

6.MS DOS əməliyyat sisteminin xüsusiyyətləri hansılardır?

7.Əməliyyat sistemi olmadan kompüter işləyə bilərmi?

8.Örtük proqram nədir?

9.Ən geniş yayılmış örtük proqram hansıdır?

 

                                                                                               Windows əməliyyat sistemi.

Windows əməliyyat sistemi bu gün fərdi kompüterlərdə ən çox istifadə edilən bir sistemdir. Sistemin çox yayılmasının səbəbi imkanlarının genişliyi  və istifadəsi üçün rahat işləmə imkanı yaratması, yəni rahat qrafiki interfeysli, çoxməsələli əməliyyat sistemidir.

Microsoft firması 1981-ci ildə MS DOS 1.0 əməliyyat sistemini buraxaraq İBM (İnternational Business Machines – Beynəlxalq Ticarət Maşınları) firmasının istehsalı olan PC-lər üçün qrafik mühitinin yaradılması üzərində işə başlayaraq 1-ci mərhələdə İnterface Manager proqramını yaradır. Sonra Windows 1.0 və Windows 1.0 əməliyyat sistemlərini yaradır.

Windows ƏS-nin yaranması sistem mühiti və burada işləmə qaydasını dəyişməyə imkan verdi. Qrafiki interfeysin yaranması istifadəçini çoölu sayda əmrlər strukturunu öyrənməkdən və mürəkkəblikdən azad etdi. Windows ailəsinin əsas üzvləri Windows-95/98/2000, Windows NT, Windows XP əməliyyat sistemləridir. Windows-95 ƏS ABŞ-da Microsoft firması tərəfindən yaradılmaqla və ardıcıl təkmilləşdirilməklə 1998-ci ildə Windows -98, 2000-ci ildə Windows-2000 və s. versiyaları, sonralar WindowsNT, Windows XP  yaradıldı. Windows-95 ƏS yaranarkən ilk öncə istifadəçilər tərəfindən soyuq qarşılansa da 90-cı illərdən sonra kompüter dünyasının Windows-a olan münasibətini dəyişdi.

1998-ci ildə yaradılan Windows-98 ƏS çox geniş istifadəçi auditoriyasına malik olmaqla 10 il müddətində aktuallığını qoruyaraq öz yerini  Windows -2000 ƏS –nə vermişdir.

Yeni yaradılan Windows 2000 əməliyyat sisteminin fərqli xüsusiyyətləri onun Microsoft Office 97 və Office 2000 tətbiqi proqramları ilə sıx inteqrasiya etməsi, digər firmalar tərəfindən yaradılmış proqramlarla işləyə bilməsi və istifadəçiyə İnternetdən sürətli və səmərəli istifadə etmək imkanı verməsidir. Windows 2000 əməliyyat sistemləri ailəsi dörd proqram məhsulundan təşkil olunub:

Microsoft Windows 2000 Professional – stolüstü və mobil kompüterlər üçün nəzərdə tutulan baza əməliyyat sistemidir;

Microsoft Windows Server – çoxməqsədli yeni nəsil şəbəkə əməliyyat sistemidir. Əməliyyat sisteminin tərkibinə daxil olan çoxlu sayda İnternet və Web-tətbiqi proqramların yaradılmasına imkan verir.

Microsoft Windows Advanced Server –server əməliyyat sistemi olmaqla klasterli sistemlərin yaradılmasına və böyük tutumlu verilənlər bazasının səmərəli quraşdırılmasına imkan verir.

Microsoft Windows Data Center Server – yeni, olduqca güclü server əməliyyat sistemidir.

Yeri gəlmişkən qeyd edək ki, Window-ingiliscə pəncərə, Windows – isə pəncərələr mənasındadır. Yəni ekranda müxtəlif əməliyyatlar yerinə yetirən çoxlu sayda proqramları əks etdirən pəncərələr açmaq və rahat işləmək mümkündür. Windows əməliyyat sistemi DOS üzərində təkmilləşdirilərək böyük miqdarda yeni imkanlara malik olmaqla proqramistlər üçün çox sərfəli bir əməliyyat sistemidir və İBM seriyalı fərdi kompüterlərdə istifadəyə əsaslanmışdır. Windows ƏSnin Microsoft firmasından asılı olmayaraq bir neçə versiyaları da olmuşdur, o cümlədən Parawin (Paragraph firması) rus versiyası. Burada Windows-un ingiliscə olan sorğuları rus dilində işıqlandırılır. 1993-cü ildə Microsoft firması özü rus versiyasını yaratdı, hansı ki, MDB məkanında bu versiyadan geniş istifadə olunur.

Hal-hazırda müxtəlif əməliyyatlar sistemi vardır. Bunlardan geniş yayılmışları Microsoft firmasının hazırladıqları MS-DOS, Windows-95, Windows-NT, Windows –98, Windows Me, Windows 2000, Windows 2002, Windows XP.

Kompüter işə düşərkən ekranda yüklənməni göstərən “qum saatı”-nın təsviri yox olduqdan sonra mouse-un təsvirini hərəkət etdirə biliriksə və “pusk” düyməsinin üzərinə gəldikdə “naçnite rabotu s najatiə s gtoy knopki” şərhını oxuduqda mouseun sol düyməsini həmin “pusk” üzərində sıxaraq Windowsun baş menyusunu açırıq.

Kompüter yaxud Windows aləminə “səyahət” buradan başlayır (Ekranda müxtəlif  fon olmasının işə aidiyyatı  yoxdur).

«Proqrammı» bəndində Windows ƏS-nin gücünü əks etdirən proqramların siyahısı yerləşir.

«İzbrannoe» bəndində xüsusi seçilmiş papkalar yerləşir.

«Dokumentı» bəndində əməliyyat yaddaşa çağrılmış son  faylın siyahısı yerləşir ki, buradan həmin fayla birbaşa müraciət etmək olar.

«Nastroyka» bəndində kompüterin və ya Windowsun sazlanması ilə bağlı imkanlar yerləşdirilmişdir.

«Nayti» bəndində kompüterdə və ya internetdə fayl axtarışını təmin edən imkanlar yerləşdirilmişdir.

«Spravka» bəndində Windowsun və kompüterin bütün sistem komponentlərinə dair məlumat  almaq imkanları yerləşdirilmişdir.

«Vıpolnit» bəndində birbaşa icra olunma (exe tipli və ya sazlanma ilə bağlı) imkanlar yerləşdirilmişdir.

«Zaverşenie seansa» cari proqramın işinin sona çatdırılması ilə bağlı sorğu yerləşdirilmişdir.

«Zaverşenie rabotı» kompüterin işinin sona çatdırılması ilə bağlı sorğu yerləşdirilmişdir.

İstifadəçinin qrafik interfeysi. – Windows-un istifadəçi interfeysi monitorun qrafiki rejimindən istifadə edir. İstifadəçinin yeni qrafik interfeysi monitor ekranında yerləşən “pəncərələr” sistemindən ibarət olub, kompüterin işini idarə etmək üçün çox sayda müxtəlif qrafiki obyektlərdən ibarətdir.

Windows mühitində çoxlu sayda obyektlər –fayl sistemli obyektlər, qrafik interfeysli obyektlər və s. mövcuddur.

Windows obyekyönlü proqramlaşdırma texnologiyasına əsaslanmışdır. Bu texnologiyaya görə istifadəçiyə fraqmentləri müxtəlif mühitlərdə hazırlanmıç sənədlər təşkil etməyə imkan verir. Windows obyektləri ilə tanışlığa onun baza obyektləri olan fayl, qovluq, tətbiqi proqram və sənəd obyektləri ilə tanışlıqdan başlayaq.

Obyekt-fayl. Fayl dedikdə məntiqi əlaqəli verilənlər və proqramlar toplusu olmaqla xarici yaddaçda müəyyən ada malik sahə başa düşülür.

Fayl sistemi – konkret fayla daxil olma imkanını yaradır və yeni fayl yazıldığı halda boş yer tutmağa icazə verir. Windows-98-də FAT16, FAT32 (Fale Allocation Table-disk sahəsində klasterlərin vəziyyətini təsvir edən cədvəl) sistemlərindən istifadə edilir. Bu sistem fayllarda saxlanılan informasiyanın fiziki diskə yazmaq sxemini təyin edir. Windows mühitində istənilən fayl unikal ada malik olan obyekt kimi qıbul edilir. Fayla saxlanılacaq informasiyanın məzmununa uyğun ad verilməsi məsləhətddir.

“Svoystva” əmrini seçməklə Faylın aşağıdakı xüsusiyyətlərə baxaq:

-         faylın tipi;

-         faylın disk sahəsindəki həcmini göstərən ölçüsü;

-         faylın yarandığı tarix və vaxt;

-         faylda aparılan sonuncu dəyişikliyin tarixi və vaxtı;

-         faylın atributları (arxiv faylı, ancaq oxumaq üçün fayl, gizlədilmiş fayl, sistem faylı.

Fayl üzərində əməliyyatlar aşağıdakılardır:

-         fayl yaratmaq;

-         faylı açmaq;

-         faylı arxivləşdirmək;

-         faylı köçürmək;

-         faylı kəsmək;

-         faylı silmək;

-         faylın adını dəyişmək;

-         faylın xüsusi nişanını yaratmaq;

Obyekt – qovluq. Windows fayl sisteminin digər vacib obyekti qovluqdur. Windows qovluğu kargüzarlıq işində sənədlərin saxlanıldığı adi qovluq rolunu oynayır. Bunun vasitəsilə sənədlərin nizamlanması yerinə yetirilir. Windows-un qovluq anlayışı MS DOS əməliyyat sistemində olan kataloq anlayışı ilə eynidir. Windows mühitində “qovluq” termini daha geniş mənada istifadə edilərək “obyektlər ambarı” da adlanır.

Qovluğun da xassələrini öyrənmək üçün eynilə “Svoystva”əmrini seçməklə aşağıdakıları müəyyən edə bilərik:

-         Qovluğun adı və qovluğun standart nişanı;

-         Obyektin tipi;

-         Qovluğun yerləşdiyi və ona müraciət yolunu göstərən digər qovluğun adı;

-         Faylların və qovluqların həcmlərinin cəmini göstərən digər qovluğun adı;

-         Qovluqda saxlanılan altqovluqlar və faylların miqdarı;

-         Faylın yaranma tarixi və vaxtı;

-         Qovluğun atributları: ancaq oxumaq üçün, arxiv üçün, gizli, sistem faylı. Obyektlərdə olduğu kimi, qovluqlar üzərində də fayllar üzərində yaratmaq, silmək, ad dəyişdirmək, digər yerdə surət çıxarmaq və s.

Windows mühitndə xüsusi təsvir vasitəsi (yarlık). Windows mühitində xüsusi təsvir vacib anlayışlardan biridir. O, sol tərəfdə qara ox olan nişanla təsvir edilir. Xüsusi təsvir –hər hansı bir obyektə istinad olub, onun olduğu yeri göstərən ikinci (əlavə) təsviridir.

Xüsusi təsvir üzərində olan əməliyyatlar fayl üzərində olan əməliyyatlar kimidir.

Qovluqların ierarxik strukturu MS DOS ƏS-də kataloqların ierarxik strukturlarının təşkil olunmasına analoji olaraq, Windows-da da qovluqların strukturu təşkil olunmuşdur. Bu strukturun yuxarı səviyyəsində yeganə obyekt yerləşir ki, buna “işçi stol” deyilir. II səviyyədə işçi stolda standart obyektlər  “Moy kompğöter”, “Moi dokumentı”, “Korzina” qovluqları aiddir.

Əsas anlayışlar. Kompüterdə informasiyanın emal olunan işləri ilə insan məşğul olduğu sahələrdə “interfeys” terminindən geniş istifadə olunur. İngiliscə “xarici sifət” mənasındadır.

İnterfeys – vasitələr və qaydalar toplusu olub, qurğuların, proqramların və insanın bir-birilə qarşılıqlı əlaqəsini təmin edir.

İnterfeysin növləri: istifadəçinin interfeysi, intellektual interfeys, insan-maşın interfeysi, proqram interfeysi və s.

İstifadəçi interfeysi 2 cür olur: simvol interfeysi və qrafiki interfeys.

Simvol interfeysi- videosistem mətn rejimində işləyən zaman  istifadə olunur. Monitorun ekranına informasiya ardıcıl simvollar şəklində daxil edilir.

Qrafiki interfeys – videsistem qrafik rejimdə işləyə bilən zaman meydana gəlir. Bu halda informasiya monitorun ekranına nöqtə -nöqtə şəklində çıxarılır.

Qrafiki interfeys obyektləri –pəncərələr. İstifadəçinin qrafiki interfeysinin əsasını təşkil edən və yaxşı düçünülmüş pəncərələr sistemi və digər qrafik obyektləri təşkil edir.

Pəncərə – monitorun ekranında haşıyələnmiş düzbucaqlı sahə olub, burada proqram, sənəd, məlumat təsvir edilir. Pəncərə o zaman aktiv olur ki, istifadəçi onunla işləyə bilir.

Pəncərələr aşağıdakılardır: tətbiqi proqramlar və sənədlər pəncərələri, dialoq pəncərəsi, gizlədilmiş pəncərələr, əmrlər düymələri, seçmə düyməsi, çeviricilər, siyahılar sahəsi, mətn sahələri, işçi stolunun təyinatı.

Verilənlərin mübadiləsi. “Windows” konsepsiyasının yaranması ilə əlaqədar olaraq, verilənlərin mübadiləsi dedikdə, verilənlərin bir obyektdən digər bir obyektə ötürülməsi başa düşülür.

Mürəkkəb sənəd anlayışı- Windows ƏS verilənlərin elə bir mübadiləsi mexanizmini təmin edir ki, bunun vasitəsilə istənilən tətbiqi proqram öz sənədi daxilinə praktiki olaraq, istənilən verilənləri, hətta işləyə bilməyəcəyi verilənləri də daxil edə bilər. Bu universal mexanizm OLE (Object Linking and Embedding-obyekt əlaqələndirilməsi və quraşdırılması) texnologiyası əsasında təmin olunur.

OLE –nin yaradılmasına səbəb, müxtəlif tip verilənlərdən sənədlərin tərtib edilməsi olmuşdur. Bir neçə versiyası mövcuddur (Məs. OLE 2.0). OLE  texnologiyası Windows tətbiqi proqramların hamısının yox, yalnız mürəkkəb sənədlərin işlənməsi üçün lazım olan tətbiqi proqramları nəzərə alır.

OLE –də verilənlərin mübadiləsi bir neçə variantda həyata keçirilir:

Obyektin yerləşdirilməsi (obyekt qəbuledici- sənəddə yerləşdirilir), obyektin əlaqələndirilməsi (sənədə istinad edilir), obyektin daxil edilməsi (sənədin özü yerləşdirilir).

Müxtəlif tipli verilənlərə malik sənəd heç də adi sənəddən fərqlənmir. Bu sənədə mürəkkəb və ya inteqrasia olunmuş sənəd deyilir.

Verilənlərin mübadiləsində  mouse vasitəsilə də surət çıxartmaq, dəyişdirmək və s. işləri yerinə yetirmək olar.

Bufer vasitəsilə verilənlərin mübadiləsi.  Bu virtual yaddaşın bir hissəsindən verilənlərin mübadiləsi zamanı yığıcı məntəqə kimi istifadə edilir.

 

YENİ MÖVZUNUN MÖHKƏMLƏNDİRİLMƏSİ. 

Bu gün biz əməliyyat sisteminin nə olduğunu hansı proqram təminatına aid olduğunu,nə kimi rolu olduğunu bir daha öyrəndik.Ən əsası əməliyyat sisteminin ilk yarandığı dövrdən bu günə kimi istifadə olunan növləri haqqında,hal-hazirda təhsil sahəsində istifadə olunun növü,onun xüsusiyyətləri,üstünlükləri,necə istifadə edilməsi haqqında müəyyən məlumatlar verildi.

 

                                                                                              İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT

 

  1. C.Симонович  Е.Г.Евсеев «Практическая информатика»
  2. C.Симонович  Т.Е.Евсеев «Вы купили компютер»

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                                    EVƏ TAPŞIRIQ

 

Verilmiş icmaldan,elektron materiallardan istifadə edərək mövzunu daha dərindən mənimsəmək.

 

 

 

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.

%d bloggers like this: